Göyçayda ailə üzvləri qəzaya düşdü: ölən var

Göyçayda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndi ərazisində baş verib.

“VAZ-2106” markalı avtomobillə yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Şəbiyev Rövşən hadisə yerində ölüb.

Onun həyat yoldaşı 50 yaşlı Şəbiyeva Reyhan Kəskin qızı və qızı 17 yaşlı Şəbiyeva Kamilə isə ağır yaralanıb. Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.