Göyçayda avtomobil qadını vuraraq öldürdü

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, sentyabrın 23-də saat 10:30 radələrində Göyçay şəhəri ərazisində sürücü Dəyanət Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1948-ci il təvəllüdlü Qasımova Kifayət Kərim qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumatı saytımıza təsdiqləyiblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./unikal