Göyçayda avtomobil su arxına düşüb

fe8eb00baf7db61e738cec397ca0f9a1Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan, Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Abdinov İsa Abdin oğlunun idarə etdiyi minik avtomobili yoldan çıxaraq su arxına düşüb.

Qəza nəticəsində sürücü və onun sərnişini, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Kazımov Ramin Kazım oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.