Göyçayda azyaşlı bədbəxt hadisə nəticəsində öldü

скачанные файлы (3)Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün səhər saatlarında Göyçayın Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Kərimov Əsgər Cavanşir oğlu yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub. Köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.