Göyçayda dördotaqlı ev yanaraq kül oldu

Göyçay şəhərində ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.