!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçayda əməliyyat: Narkotik maddələr ələ keçirildi

!Reklam – Yazi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən Yenicag.az-a məlumat verilib.

Məlumatda bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

2627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv