Göyçayda əməliyyat: Saxlanılanlar var

Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi İldırım oğlu Səlimzadədir

COP29