Göyçayda ƏMƏLİYYAT – “TOZ” markalı tüfəng tapıldı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.