Göyçayda HADİSƏ – İt sahibəsini ağzından dişlədi

Göyçayda qadın itin hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb./APA/