Göyçayda intihara cəhd: 24 yaşlı oğlan sirkə turşusu içdi

Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.

Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.

M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. /Trend/

COP29