Göyçayda kafe yandı

Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli obyektin (kafe kimi fəaliyyət göstərir) taxtadan ibarət tavanı 10 m² sahədə, içərisində 1 ədəd televizor, 1 ədəd soyuducu və mətbəx mebeli qismən yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29