Göyçayda maşının vurduğu 23 yaşlı piyada öldü

Noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yenicag.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.