Göyçayda mənzildən kişi meyiti tapıldı

Göyçay rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Səlimov Atəş Qədəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

COP29