Göyçayda mikroavtobus yandı – FOTO

Göyçay rayonunda mikroavtobus yanıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Hacıyev Nurlan Soltan oğlu idarə etdiyi “Mersedes” markalı mikroavtobusla hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrik hissəsində qəfildən yanğın başlayıb və alışıb.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.