Göyçay rayonunda intihar hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.
Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./Apa/