Göyçayda sərnişin avtobusu yandı

Göyçayda avtobus yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonunun Qarabaqqal kəndində “Otoyol” markalı sərnişin avtobusu yanıb. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.