Göyçayda traktor yandı: Ev də xəsarət gördü

Göyçay rayonunda yanğın qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Potu kəndində “T-28” markalı traktorun taxtadan ibarət qoşqusu və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin çardağı 4 m² sahədə qarsalanıb.

Traktor və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.