Göyçayda üçotaqlı ev yandı

Göyçay rayonunun Qarabaqqal kəndində ümumi sahəsi 85 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 2 m² sahədə, mətbəxinin döşəməsi 2 m² sahədə, 1 otağında yataq dəsti, tavan və döşəmə 11 m² sahədə yanıb.

FHN-fən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.