Göyçayda XIV Nar festivalı keçirilib – FOTOLAR

Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və “AzNar” şirkətinin təşkilatçılığı ilə Göyçayda XIV Nar festivalı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Göyçay şəhərinin mərkəzi küçələrinin birində təşkil olunub. Festivala dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, xaici turistlərin də iştirak etdiyi möhtəşəm tədbirdə minlərlə insan iştirak edib.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də narla bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Festivalda qonaqlar yerli əhalinin hazırladığı nar şirəsi, nar şərabı, xüsusi qaydada yetişdirilmiş narların dadına baxmaq imkanı əldə ediblər. Festivalda narın satışı da təşkil edilib.

Göyçayda Nar festivalı ilə yanaşı “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirilib. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verilib və Nar hotelinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.

“AzNar” şirkəti eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin, nərd yarışı təşkil edib. Birinci yerin sahibi 3000, ikinci yerin sahibi 1000, yarışda finala çıxan hər kəs isə 500 manata laiq görülüb.

Qeyd edək ki, növbəti ildə Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcək.

Gülşən Şərif