Göyçayda yeniyetmə zəhərlənərək öldü

Göyçay rayonunda 14 yaşlı qız kimyəvi maddə içərək ölüb.

Yenicag.az xəbər verir ki, hadisə sentyabrın 18-də rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Salikova Günəş Ramin qızı yaşadığı evin həyatyanı sahəsində yerləşən istixanada zərərverici həşaratların məhv edilməsi üçün pomidor şitillərinə vurulan “Fanta” butulkasında maye halında olan kimyəvi maddənin sərinləşdirici içki olmasını ehtimal edərək içməsi nəticəsində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.