Göyçayda zəncirvari qəza – Yaralananlar var

Göyçay rayonunda zəncirvari qəza baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 223-cü kilometrliyində, Göyçay şəhərinin Xurşudbanu Natavan küçəsində qeydə alınıb.

Yevlax istiqamətində hərəkət edən “VAZ-21015” markalı minik maşını idarəetməni itirərək digər iki “VAZ” markalı avtomobillərə çırpılıb. Nəticədə sürücülərdən biri – İntiqam Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/