Göyərtəsində 136 sərnişin olan təyyarə çaya düşdü – FOTO

ABŞ-a məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, “hava gəmisi” qəza nəticəsində Florida ştatının Caksonvilla şəhərində çaya düşüb.

Bu barədə şəhərin meri Lenni Kerri məlumat yayıb. O bildirib ki, təyyarə çayın dayaz hissəsinə düşüb və bütün sərnişinlər sağdır.