Göyərtəsində 99 nəfərin olduğu təyyarə alışdı – VİDEO

Qazaxıstanda sərnişin təyyarəsi alışıb.

Yenicag.az xəbər verir ki, hadisə Atıraudan Astanaya uçuş edən “Airbus A320” sərnişin təyyarəsinin hava limanına eniş etdiyi zaman baş verib.

Təyyarənin mühərriyində çıxan yanğın qısa zaman ərzində söndürülüb.

Qeyd edək ki, yanğın zamanı “hava gəmisi”nin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.