Göyərtəsində məşhur futbolçu olan təyyarə yoxa çıxdı

İngiltərə Premyer Liqasında çıxış edən “Kardif”in yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Belə ki, Fransanın “Nant” klubundan ayrılan argentinalı hücumçu “Kardif”ə xüsusi təyyarə ilə yola salınıb. Lakin futbolçunun içində olduğu “The Piper Malibu” adlı özəl təyyarə ilə 20 saatdan çoxdur ki, əlaqə itib. Təyyarə mənzil başına çatmağa yarım saat qalmış radardan yoxa çıxıb.

Uelsin “Kardif” klubunun prezidenti Mehmet Dalmanın sözlərinə görə, təyyarə ilə La Manş boğazında əlaqə kəsilib.

Artıq axtarışa helikopter və gəmilər cəlb olunub. Fransız jurnalist Arnaud Vaydzik “Twitter” səhifəsində yazıb ki, Nantdan Kardiffə gedərkən qəzaya uğrayan təyyarədə Emiliano Sala da olub.

Qeyd edək ki, Emiliano Salanın transfer qiyməti 20 milyon avrodur.