Göygöldə 18 yaşlı gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
Bu barədə Yenicag.az-a DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Nihat Musayev istintaqa təhvil verilib.