Göygöldə 2 avtomobil toqquşdu – Xəsarət alanlar var

Göygöl rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil yol kənarında dayanmış “VAZ” markalı maşına çırpılıb. Nəticədə “VAZ” zərbənin gücündən aşıb. Yaralılar Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.