Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb – YENİLƏNDİ

Avqustun 30-da saat 01:00 radələrində Göygöl rayonunun Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.

***

14:45

Göygöl rayonunda dərmandan zəhərlənənlərin kimliyi açıqlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisənin 1961-ci il təvəllüdlü Mətanət Qasımovanın 2018-ci il təvəllüldü Qasımzadə Fidan Ceyhun qızı, 2014-cü il təvəllüdlü Simuzər Vəliyeva, 2014-cü il təvəllüdlü Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir.

Nəticədə onların dördü də zəhərlənib. Aydan Orucova ölüb.

***

13:57

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların “Niastol” adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

COP29