Göygöldə 4 otaqlı evdə yanğın oldu

Göygöl rayonunun Üçtəpə kəndində yanğın olub.

Yenicag.az xəbər verir ki, ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, bitişik ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.