Göygöldə 6 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Yenicag.az-a bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi DAF markalı yük avtomobili toqquşub.

Nəticədə O.Hümbətov və dörd sərnişini hadisə yerində, bir sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.