Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Göygöldə ağır qəza: 2 nəfər yaralandı

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını “NİVA” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “NİVA” aşıb.
Qəza zamanı “NİVA”nın sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Mövlayev Ramazan və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır./APA/

www.yenicag.az

12948
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM