Göygöl rayonunun Hacıməlik qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göygöl rayonunun Hacıməlik qəsəbəsində “КамАЗ” və “Renault” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1979-cu il təvəllüdlü Mecit Bakır Mehmet oğlunun meyitini deformasiyaya uğrayan “Renault” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.