Göygöldə ağır yol qəzası: 5 yaralı

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”, “VAZ 2107” minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan 3 nəfərin kimliyi məlum olub. Bunlar Ağstafa rayon sakinləri 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.