Göygöldə avtomobil 10 yaşlı uşağı vuraraq öldürdü

Göygöl rayonunda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü E.Cəfərovu “VAZ” markalı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.