Göygöldə avtomobil qəzası: yaralananlar var

Göygöl şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, Göygöl şəhəri ərazisində qeydə alınan qəza zamanı azı 4 nəfər xəsarət alıb.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report