Göygöldə çoban itkin düşdü

Göygöl rayonunda çoban itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib.

Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

COP29