Göygöldə ev uçdu: Dağıntılar altında qalan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.