Göygöldə ev yanıb

Göygöldə yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Göygöl rayonunda ümumi sahəsi 75 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 35 m2 sahədə yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.