Göygöldə ferma yandı

Göygöl rayonunun Xaqani kəndində ümumi sahəsi 400 m² olan fermanın yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.