Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, Göygöl rayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib.
Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.