Göygöldə N saylı hərbi hissədə bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, gecə saatlarında adıçəkilən hərbi hissənin aerodromunda gözətçi işləyən rayonun Balçılı kənd sakini, 1985-ci il təvəllüdlü Asəf Adil oğlu Hüseynov ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər huşsuz vəziyyətdə olan xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra vəziyyəti normallaşmağa başlayıb.
30 yaşlı gəncin hansı şəraitdə huşsuz vəziyyətə düşməsi hələlik məlum deyil. Onun üzərində hər hansı zorakılıq əlaməti və xəsarət aşkarlanmayıb.
Faktla bağlı aidiyyəti qurumlarda araşdırma aparılır.