Göygöldə iki avtomobil toqquşdu – Ölən və xəsarət alanlar var

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “KamAZ”la “VAZ” markalı minik maşını toqquşub.

Qəza zamanı “VAZ”da olan ərnişin,1975-ci il təvəllüdlü Müşviq Bayramov dünyasını dəyişib.

Xəsarət alanlar isə həmyaşıd (25) Xalay Tahirli, Bayram Məmmədov və Elgün Hüseynlidir.

Faktla bağlı araşdırma aparılır./APA