Göygöldə nənə və nəvələri kimyəvi preparatdan zəhərləniblər: 9 yaşlı uşaq ölüb

Göygöldə zəhərlənmə səbəbindən ölən şəxsin kimliyi müəyyən olunub.

Yenicag.az-ın məlumatına görə, o, 2014-cü il təvəllüdlü A.Orucovadır.

Digər zəhərlənənlərin müalicəsi davam etdirilir.

***

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə Balçılı kəndində qeydə alınıb.

“Report”un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, beş nəfər – dörd uşaq, bir qadın (nənələri) – başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən “Niastol” preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.

***

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların “Niastol” adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

COP29