Göygöldə qəza oldu: 12 nəfər xəsarət aldı

Göygöl rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, “Mercedes” markalı mikroavtobusla “VAZ” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi heyəti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.