Göygöldə yük avtomobili aşıb: ölən var

Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.

Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.