Göygölə icra başçısı göndərilən şəxsin yerinə TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. 

Yenicag.az xəbər verir ki, Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və  İnsan resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri idi.

Qeyd edək ki, bundan əvvəl həmin şöbənin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.