Aparılan araşdırmalara görə göz rənginə əsasən insanların xarekterik xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür.
Yenicag.az xəbər verir ki, Yedinburq Universitetinin doktoru Antoni Fallon göz rəngi ilə xarekter arasındakı əlaqəni araşdırıb. Fallon bildirib ki, göz nevroloji baxımdan beyinlə sıx əlaqədədir. Buna görə də, beynin fəaliyyətinə dair əsaslı məlumatları özündə cəmləşdirib.
Tünd qəhvəyi – qara gözlər
Tünd qəhvəyi rəngli və ya qara gözlərə sahib olan insanlarda liderlik xüsusiyyəti önə çıxır. Kəskin qərarlar verməkdən çəkinməzlər. Gözləri tünd rəng olan insanlar idman sahəsində də uğur qazanmağa meylli
Mavi gözlər
Mavi gözlü insanlar böyük mənəviyyata və fiziki gücə sahib olurlar. Onlar bəzi hallarda kənardan olduqca utancaq və zəif təəssüratı bağışlayırlar. Lakin mavi gözlülər ağrıya daha dözümlü olmaları ilə tünd gözlülərdən fərqlənirlər.
Boz gözlər (mavi gözlərin müxtəlif versiyaları)
Bu göz rənginə çox nadir hallarda rast gəlinir. Tünd boz rəngli gözləri olanlarda mavi gözlülərə nisbətən daha çox melanin (gözə rəng verən maddə) var. Bu rəngdə gözü olanlar balanslı davranışları ilə seçilirlər. Əksinə açıq boz rəngdə gpzləri olanlar isə tez-tez başqaları tərəfindən anlaşılmamaqdan şikayətlənirlər.
Ala gözlər
Ala gözlərin heç biri digərinə bənzəmir. Bu cür gözləri olanlar azad, özünə güvənən və plansız insanlardır. Ala gözlülərdə melaninin miqdarı fərqli olduğuna görə onlar barədə ümumi fikir söyləmək çox çətindir.
Bir çox həkimlər bildirirlər ki, ala gözlülər bir çox hallarda həzm sistemində yaranan problemlərdən əziyyət çəkirlər.
Yaşıl gözlər
Onlar daxil olduqları mühitdə sürətlə diqqətləri öz üzərlərinə çəkirlər. Bir çoxları onların çəkici, əsrarəngiz və seksual olduqlarını düşünür. Yaşıl gözlülərin davranışlarını əvvəlcədən planlaşdırmaq mümkün olmur. Bununla belə, onlar təzyiq altında olarkən öz potensiallarını daha yaxşı ortaya qoyurlar.