!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gözəl qızların qatili – PLASTİK ƏMƏLİYYAT: Faktlar/Fotolar

!Reklam – Yazi

Son 2 həftədə Moskvada artıq 2 nəfər qadın plastik əməliyyatdan dünyasını dəyişib. Onlardan 29 yaşlı  qadın burnunu, 32 yaşlı qadın isə sinəsini böyütmək üçün əməliyyata girmişdi.

Onlardan birincisi – Kabardin-Balkar sakini aprelin 25-də Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunda qanaxmadan ölüb. Müstəntiqlər onun ölümünün səbəblərini müəyyənləşdirməyə çalışırlar. 32 yaşlı xanım isə həkim səhvinin qurbanı olub.

Bundan əvvəl isə Moskvada 17 yaşlı Yekaterina B. plastik əməliyyat zamanı dünyasını dəyişmişdi. Rostov vilayətindən olan xanım “Qoldenxar” sindromu ilə doğulub və uşaq evində böyüyüb. “Qoldenxar” sindromu şəxsin üzünün, gözünün, qulağının və onurğasının yarısının yanlış inkişafı ilə müşayiət olunan nadir anadangəlmə xəstəlikdir. Plastik cərrah bu qızı “Pust Qovoryat” verilişində görmüş və ona kömək edəcəyini demişdi…

Yenicag.az dünyada baş vermiş bu kimi olayları xatırlayaraq plastik əməliyyat zamanı ölən daha 5 xanım haqqında məlumatlarla oxucuları tanış edir.

2015-ci ilin yanvarında Ekvadorda 19 yaşlı “gözəllik kraliçası” Katerina Kanto liposaksiya (piylərin kosmetoloji yolla aradan qaldırılması) zamanı vəfat edib. Plastik əməliyyat tələbə qıza gözəllik yarışmasındakı qalibiyyətinə görə priz olaraq təqdim edilib. Klinika nümayəndələri qızın ailəsinə onun ürək tutmasından öldüyünü bildirsələr də, vəkili bununla razılaşmayıb və Kantonun ölümünün beyin şişməsindən baş verdiyi iddia edirdi.

Liposaksiyanın daha bir qurbanı 27 yaşlı braziliyalı xanım Pamela Nasimentodur. Bir neçə dəfə bıçaq altına uzanan xanım 2012-ci ildə əlavə piyləri əritmək qərarına gəlir. Lakin hər şey plan üzrə getmir. Əməliyyat zamanı pasientdə Hipovolemik şok (bədənin qan və suyunun 20 faizdən çox miqdarda itirilməsi) yaşanır. Lakin məhkəmə ekspertizası iddia edirdi ki, əməliyyat zamanı xanımın böyrəyini deşiblər.

2012-ci ilin mayında Maqnitoqorsk sakini Yekaterina Klementyeva həyat yoldaşına sürpriz etmək qərarına gəlir və döşlərinin böyüdülməsi üçün bıçaq altına uzanır. Lidokain iynəsinin ikinci dəfə vurulması nəticəsində bədəndə ölümə səbəb olan kəskin allergik reaksiya baş verir.

24 yaşlı Mane Martirosyan hələ 10-cu sinifdə oxuyarkən rinoplastika (burun əməliyyatı) etmək arzusunda idi. Burunda əyriliyini aradan qaldırmaq üçün 2016-ci ilin dekabrında Belqorodda həkimlərə müraciat edir. Lakin arzusu onun ürəyində qalır və anafilaktik şok (allergiya, orqanizmin hissiyatının kəskin artması halı) yaşayır.

Zaporojets şəhərindən olan 25 yaşlı Kseniya Mixaylyutanın döşlərinin böyüdülməsi çoxdankı arzusu idi. Həkimlər keyikdirmə (narkoz) dərmanı yeritmək üçün körpücükaltı venanı zədələyirlər və xanım daxili qanaxmadan dünyasını dəyişir.

Zaur H. 

www.yenicag.az

3181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv