Noyabrın 13-də İrəvandakı gözəllik salonlarından birində atışma baş verib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə salonun zirzəmisində baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan biri daha sonra reanimasiya şöbəsində keçinib.
Polis hadisənin təfərrüatını araşdırır.