Türkiyənin İstanbul şəhərində gözlənilən dağıdıcı zəlzələ ilə bağlı hökumətin planı açıqlanıb.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, şəhərçilik və iqlim dəyişikliyi naziri Murad Qurum danışıb.
Nazir bildirib ki, İstanbulda zəlzələyə dayanıqsız 1,5 milyon bina köçürüləcək:
“İstanbulda 1,5 milyon riskli tikilini müəyyənləşdirdiyimiz iki rezerv əraziyə, həm Anadolu, həm də Avropa tərəfinə köçürəcəyik”.