Gözlənilməz olay: Pilot əri infarkt keçirdi, təyyarəni qadın endirdi

 

Las-Veqasdan Kaliforniyaya səyahət edən cütlük gözlənilməz vəziyyətlə üzləşib. 78 yaşlı pilot Eliot Alper uçuş zamanı infarkt keçirəndə onun həyat yoldaşı, 69 yaşlı İvon Kinane-Uells qeyri-adi cəsarət göstərib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisədə Las-Veqasda daşınmaz əmlak agenti olan Kinane-Uells əvvəllər heç vaxt təyyarə sürməməsinə baxmayaraq, təyyarəni idarə etməli olub. Cütlük 1800 metr hündürlükdə uçarkən qəfildən halı pisləşən Alper pilot oturacağında huşunu itirib. Təşvişə düşən Kinane-Uells dərhal hava nəqliyyatı idarəsi ilə əlaqə saxlayıb.

İdarəetmə qülləsi təcrübəsiz səyahətçiyə addım-addım təlimatlar verib və onu ən yaxın hava limanına istiqamətləndirib. Səlahiyyətlilər Kinane-Uellsə təyyarəni necə idarə etməli və təhlükəsiz eniş üçün nə etməli olduqlarını göstəriblər. Stressli anlardan sonra Kinane-Uells Kaliforniyadakı “Meadows Field” hava limanına uğurlu təcili eniş edib. Təyyarə bütün 3350 metrlik uçuş-enmə zolağından keçərək yoldan bir qədər kənara çıxdıqdan sonra təhlükəsiz şəkildə dayana bilib.

Yerdə gözləyən təcili yardım qrupları dərhal müdaxilə edib. Kern Rayon Yanğından Mühafizə İdarəsi hələ də huşsuz vəziyyətdə olan Alperi dərhal xəstəxanaya aparıb. Alperin hazırkı vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

İsmayıl Bakuvi

COP29